"MƏN AZƏRBAYCANLIYAM" - intellektual oyun
"Mən azərbaycanlıyam" intellektual telelayihəsi birbaşa
Azərbaycanın tərənnümünə həsr edilmiş ilk milli televiziya oyunudur. Məhz bu
xüsusiyyəti ilə o sələflərindən, yəni bu vaxtadək yerli teleməkanda izlədiyimiz
analoji teleproqramlardan kifayət qədər fərqlənir.
Layihəni ərsəyə gətirən kollektivin başlıca məqsədi doğma
vətənimiz Azərbaycanı daha yaxından tanımaqda və tanıtmaqda yardımçı olmaq və
bununla hamımızı fəxrlə "Mən azərbaycanlıyam!" deməyə səsləməkdir.
Təbii ki, qədim tarixi, zəngin mədəni irsi, əlverişli coğrafi
şəraiti olan , yeraltı və yerüstü sərvətlərlə zəngin Azərbaycanımızı daha çox
sevə bilmək üçün, onu daha çox təbliğ və tərənnüm etməyə dəyər!
Bu üzdən də bizim bilik yarışmasında istifadə edilən bütün
suallar, səsləndirilən faktlar bu və ya digər dərəcədə Şanlı Odlar Yurdumuzla
əlaqəlidir.
Yaradıcı qrup layihənin ideyasının dəstəklənməsində və ərsəyə
gəlməsində zərrə qədər belə xidməti olmuş hər kəsə dərin minnətdarlığını
bildirir.
|